Ağsuda sel fəsadları: Kənd yolunun bir hissəsi dağılıb, nəqliyyata məhdudiyyət tətbiq olunub


Yağışlı hava şəraiti ilə əlaqədar Ağsuçaydan keçən sel suları rayonunun Arat-Curuxlu-Maşadqanlı kənd avtomobil yolunun bir hissəsini yararsız hala salıb.
Azturkxeber.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Şəki regional qrupundan bildirilib ki, hazırda Maşadqanlı kəndi ilə rayon mərkəzinin nəqliyyat əlaqəsində müəyyən məhdudiyyət yaranıb. Əraziyə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Yolun açılması istiqamətində işlər görülür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: