azturkxeber.az
http://azturkxeber.az

Ermənistan Baş naziri: “Qarabağ hərəkatı” müharibə deməkdir

25-03-2026

“Ermənistan xalqı iyunun 7-də keçiriləcək parlament seçkilərində bir suala cavab verməlidir: “Qarabağ hərəkatı” davam edir, ya yox”.

Azturkxeber.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Bu gün “Vətəndaş Müqaviləsi” Partiyası “Qarabağ hərəkatı”nı davam etdirməyən yeganə siyasi qüvvədir. Digər bütün qüvvələr isə onu davam etdirəcəklərini söyləyirlər”, - baş nazir qeyd edib.

O əlavə edib ki, əgər xalq davam etmə qərarı verərsə, bu, müharibə deməkdir:

“Bizdə onu etiraf etməyə güc var ki, “Qarabağ hərəkatı” adı altında ölkəmizi xarici geosiyasi maraqların qurbanına çevirmişik. Bunu çox gec başa düşdük. Elə siyasi qüvvələr də var ki, bunu nə başa düşüb, nə də başa düşəcək.

Əgər “Qarabağ hərəkatı”nın davam etməsinə qərar verərsə, bu, müharibə deməkdir, “Qarabağ hərəkatı” müharibədir. Əgər sülh olduğuna qərar verərsə, biz “Qarabağ hərəkatı”nı davam etdirməyəcəyik. Bu, çox sadə seçimdir, xalqla danışmalıyıq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031