azturkxeber.az
http://azturkxeber.az

Alen Simonyan: Ermənistanın qonşularına qarşı ərazi iddiaları olmamalıdır

24-03-2026

Ermənistanın heç vaxt qonşu ölkələrə qarşı ərazi iddiaları olmamalıdır.

Azturkxeber.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu ölkə parlamentinin sədri Alen Simonyan jurnalistlərə bildirib.

"Ermənistanın heç vaxt qonşularına qarşı ərazi iddiaları olmamalıdır. Biz regionda elə münasibətlər qurmalıyıq ki, heç bir ölkə digərinə hücum etmək barədə düşünməsin. Regionumuzda sülhü təmin etmək və müharibənin qarşısını almaq üçün əlimizdən gələn hər şeyi etməliyik", - o vurğulayıb.

Spiker əlavə edib ki, Ermənistanın yeni konstitusiyasının qəbul edilməsi yalnız ölkənin maraqları ilə şərtlənir:

"Mən Ermənistanın maraqları barədə düşünürəm. Ermənistan isə heç kimə ölkəni regionda təhdid hesab etməyə əsas verməyən konstitusiyanın olmasında maraqlıdır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031