azturkxeber.az
http://azturkxeber.az

Bəzi rayonlarda yağış yağacaq, şimşək çaxacaq – Sabahın hava proqnozu

21-03-2026

Bəzi rayonlarda yağış yağacaq, şimşək çaxacaq – Sabahın hava proqnozu

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, havanın temperaturu gecə 6-9° isti, gündüz 11-16° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-10° isti, gündüz 14-19° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031