azturkxeber.az
http://azturkxeber.az

Bakının məscidlərində bayram namazı qılınıb

20-03-2026

Müqəddəs Ramazan bayramı münasibətilə martın 20-də Bakıda bayram namazı qılınıb.

Azturkxeber.az xəbər verir ki, bayram namazının qılınmasına Əjdərbəy məscidində saat 8.00-da, Təzəpir məscidində isə saat 9.00-da başlanılıb.

Bayram namazına Azərbaycanda yaşayan xarici ölkə vətəndaşları da qatılıblar.

Namazın ardından dualar edilib, dünyamıza sülh, ölkəmizə əmin-amanlıq, xalqımıza firavanlıq arzulanıb. Allahdan Ordumuza güc-qüvvət, yaralılara şəfa, şəhidlərimizə rəhmət dilənib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031