Naxçıvan DİN əməkdaşları Türkiyədə Qarüstü Qaraqucaq Güləşi Festivalında medal qazanıblar

Türkiyənin Artvin vilayətinin Şavşat rayonunda “Veliköy Qarüstü Qaraqucaq Güləşi Festivalı” keçirilib. Veliköy kəndində 300 illik tarixə malik qarüstü qaraqucaq güləşi ənənəsi 29-cu dəfə beynəlxalq yarışla davam etdirilib.
Festivalda Azərbaycan və Gürcüstanla yanaşı, Türkiyənin Ərzurum, Amasya, İstanbul, Tokat, Samsun və Artvin vilayətlərindən 12 kateqoriya üzrə ümumilikdə 149 idmançı iştirak edib. Yarışlar qarla örtülü meydançada təşkil olunub.
Naxçıvan MR Daxili İşlər Nazirliyinin əməkdaşları da uğurlu çıxış ediblər. Hüseyn Rzayev 85 kq çəki dərəcəsində gümüş medal, Kəramət Xudiyev isə 90 kq çəki dərəcəsində bürünc medal qazanıblar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: