azturkxeber.az
http://azturkxeber.az

Azad edilmiş ərazilərdə məşğulluq imkanlarına dair fləşmob keçirilib

11-02-2026

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilərdəki nümayəndəliklərinin dəstəyi ilə "Böyük Qayıdış" proqramı çərçivəsində növbəti video-fləşmob təşkil olunub.

Video-fləşmob azad edilmiş ərazilərdə məşğulluq imkanlarını və bərpa-quruculuq işlərində vətəndaşların fəal iştirakını nümayiş etdirmək məqsədi daşıyır. Çəkilişlər Qarabağ və Şərqi Zəngəzurun müxtəlif bölgələrində – hazırda həyatın bərpa olunduğu kənd və şəhərlərdə aparılıb.

Fləşmobda işğaldan azad edilmiş ərazilərdə müxtəlif sahələrdə çalışan vətəndaşlar iştirak ediblər. Onlar öz iş yerlərindən səsləndirdikləri qısa və təsirli sloqanlarla həm gördükləri işin mahiyyətini izah edib, həm də doğma yurduna qayıtmağa hazırlaşan soydaşlarımıza həmrəylik mesajı ünvanlayıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    February 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
232425262728