azturkxeber.az
http://azturkxeber.az

“Apple” bəzi “iPhone” modellərini satışdan çıxarıb

10-09-2025

“Apple” bəzi “iPhone” modellərini satışdan çıxarıb

Dünyada məşhur texnologiya nəhəngi “Apple” bir neçə smartfon modelini özünün internet mağazasından çıxarıb.

Şirkət 2023-cü ildə buraxılan “iPhone 16 Pro” və “iPhone 16 Pro Max”, “iPhone 15” və “iPhone 15 Plus” flaqman modellərinin satışını dayandırıb. Hazırda “Apple” şirkətinin rəsmi satışda olan smartfon seriyasına “iPhone 17”, “iPhone 17 Pro”, “iPhone 17 Pro Max” və tamamilə yeni model olan “iPhone 17 Air”, həmçinin “iPhone 16”, “iPhone 16 Plus” və “iPhone 16e” daxildir.

Qeyd edək ki, “Apple” adətən hər il yeni flaqman modellərini təqdim edir və əvvəlki nəsil cihazların satışını dayandırır. Buna baxmayaraq, satışdan çıxarılan “iPhone” modellərini dünya üzrə pərakəndə satış şəbəkələrində tapmaq mümkündür.

Xatırladaq ki, “Apple” sentyabrın 9-da “iPhone 17” seriyasını təqdim edib. Yeni seriyaya “iPhone 17”, “iPhone 17 Pro”, “iPhone 17 Pro Max” və tamamilə yeni cihaz olan “iPhone 17 Air” daxildir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930