azturkxeber.az
http://azturkxeber.az

Suriya poçt vasitəsilə beynəlxalq pulköçürmələrini bərpa edir

09-09-2025

Suriya poçt vasitəsilə beynəlxalq pulköçürmələrini bərpa edir

Suriya poçt xidmətlərini bərpa edir, həmçinin pulköçürmə əməliyyatlarını nizamlamağa çalışır. Bu, həm dövlət, həm də özəl sektor arasında əməkdaşlıq, həm də Ümumdünya Poçt İttifaqı ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilir.

Bunu Suriya Poçt Təşkilatının Baş direktoru İmadəddin Həməd Dubayda Ümumdünya Poçt İttifaqının 28-ci konfransında deyib.

Baş direktor, həmçinin əlavə edib ki, Suriya Poçt Təşkilatı son 8 ay ərzində xidmətlərinin bərpası üçün plan üzərində işləyir və bu planı maliyyə, logistika və beynəlxalq daşıma xidmətlərini əhatə edir.

Bundan başqa, qeyd olunub ki, Suriya Poçt Təşkilatı Ümumdünya Poçt İttifaqının beynəlxalq maliyyə sistemi (IFS) vasitəsilə maliyyə köçürmələrini bərpa etmək üzərində işləyir. Bu sistem üzv ölkələr arasındakı poçt şəbəkələrində birbaşa maliyyə transferlərini təmin edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930