azturkxeber.az
http://azturkxeber.az

Nepalın Baş naziri istefa verib

09-09-2025

Nepalın Baş naziri istefa verib

Nepalın Baş naziri Şarma Oli ölkədə baş verən kütləvi etiraz aksiyaları ilə əlaqədar istefa verib.

Bu barədə Baş nazirin köməkçisi Prakaş Silval məlumat yayıb.

Qeyd edək ki, hazırda Katmanduda hökumətin istefası tələbi ilə kütləvi etiraz aksiyaları keçirilir. Aksiya iştirakçıları avtomobil təkərlərini yandıraraq hökumət rayonunda nəqliyyatın hərəkətini dayandırıb. Nepal hakimiyyəti paytaxtda məhdudiyyətsiz komendant saatı tətbiq edib.

Nümayişçilər ötən həftə hökumətin ölkədə sosial şəbəkələr və mesajlaşma proqramlarının fəaliyyətini məhdudlaşdırmaq qərarına, həmçinin korrupsiyaya etiraz edir. Əsasən gənclər və tələbələrdən ibarət aksiya iştirakçıları ilə polis arasında toqquşmalar baş verib. Toqquşmalarda azı 19 nəfər həyatını itirib, 100-dən çox insan isə yaralanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930