azturkxeber.az
http://azturkxeber.az

Nazirlikdə Monteneqronun nümayəndə heyəti ilə görüş olub

09-09-2025

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Monteneqronun sosial rifah, ailə qayğısı və demoqrafiya nazirinin müavini Mersida Alyiceviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Azturkxeber.az-,a verilən məlumata görə, görüş nümayəndə heyətinin “Azərbaycan Respublikası Hökuməti ilə Monteneqro Hökuməti arasında pensiya təminatı sahəsində Saziş” layihəsi ilə bağlı müzakirələrin aparılması məqsədilə ölkəmizə səfəri çərçivəsində baş tutub.

Nazir müavini Rəşad Mustafayev Azərbaycan və Monteneqro arasındakı əlaqələrin dostluq və əməkdaşlıq ruhunda inkişaf etdiyini, ikitərəfli əlaqələrin sosial sahəni də əhatə etdiyini bildirib.

Son illər ölkəmizdə pensiya sahəsində aparılan islahatlar barədə məlumat verilib, pensiya təyinatının elektronlaşdırılması diqqətə çatdırılıb.

Pensiya təminatı sahəsində Monteneqronun təcrübəsi öyrənilib, əməkdaşlığın gələcəkdə də uğurla davam etdirilməsi imkanları müzakirə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930