azturkxeber.az
http://azturkxeber.az

Macarıstan ən uzunmüddətli təbii qaz müqaviləsi imzalamağa hazırlaşır

09-09-2025

Macarıstan ən uzunmüddətli təbii qaz müqaviləsi imzalamağa hazırlaşır

Macarıstan yaxın günlərdə “Qərb istiqamətindən” təbii qaz tədarükü üzrə ən uzunmüddətli müqavilə imzalayacaq.

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyyarto bu barədə özünün sosial media hesabında məlumat yayıb. “Yaxın günlərdə biz növbəti uzunmüddətli təbii qaz tədarükü müqaviləsini imzalayacağıq. Bu, tariximizdə qərb istiqamətindən qaz idxalı üzrə ən uzunmüddətli müqavilə olacaq”, – deyə nazir qeyd edib.

Peter Siyyartonun sözlərinə görə, Macarıstan enerji resurslarının tədarükündə daim diversifikasiyaya böyük önəm verib. Bununla belə, nazir Budapeştin qazı hansı “Qərb ölkəsindən” alacağını deməyib.

Hazırda Macarıstan qaz tədarükünün əsas hissəsini “Türk axını” qaz kəməri ilə “Qazprom” kompaniyasından təmin edir. 2022-ci ildə bu marşrutla ölkəyə 4,8 milyard kubmetr qaz nəql olunub. Rəsmi məlumatlara görə, 2023-cü ildə bu göstərici 5,6 milyard kubmetrə, 2024-cü ildə isə rekord həddə – 7,6 milyard kubmetrə çatıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930