azturkxeber.az
http://azturkxeber.az

DİN BNMİ əməliyyat keçirib 60 kq narkotik vasitə aşkarlanıb

09-09-2025

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilib Bakı şəhərində dövriyəsinin qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir. Nərimanov rayonunda keçirilən tədbir zamanı 48 yaşlı Mahir Məhərrəmov qeyd edilən cinayət əməlində şübhəli bilindiyi üçün saxlanılıb. Ondan 60 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

M.Məhərrəmov cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə narkotiklərin daşımasını taksi fəaliyyəti ilə məşğul olan şəxslərdən istifadə edərək təşkil edib. Əməliyyat-texniki tədbirlərlə onun ayrı-ayrı vaxtlarda İran vətəndaşları ilə əlbir olub ölkə ərazisində narkotik vasitələrin yayılmasını təşkil etdiyi sübuta yetirilib.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930