azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri müzakirə edilib

09-09-2025

Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Sentyabrın 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Mariyana Kuyunciç ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, nümayəndəliyin rəhbəri Mariyana Kuyunciç təyinatı ilə əlaqədar məktubu nazir Ceyhun Bayramova təqdim edib.

Ceyhun Bayramov Mariyana Kuyunciçi təyinatı münasibətilə təbrik edib, ona ölkəmizdəki fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı Azərbaycanla Aİ arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat-kommunikasiyalar, humanitar və sair istiqamətlər üzrə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Ölkəmizin Aİ ilə həyata keçirilən birgə enerji layihələrinin əhəmiyyəti vurğulanıb. Digər əhəmiyyətli istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsinə maraq ifadə olunub.

Nazir, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar barədə ətraflı məlumatlandırıb. Ölkəmizin təşəbbüsü ilə başladılan sülh gündəliyinin irəlilədilməsində Vaşinqton görüşü çərçivəsində əldə olunmuş razılıqlar, sülh müqaviləsinin paraflanması, keçmiş münaqişənin qalığı olan ATƏT-in Minsk Prosesi və əlaqəli strukturların ləğvi ilə bağlı qərarın əhəmiyyəti qeyd olunub.

Nümayəndəliyin rəhbəri Mariyana Kuyunciç fəaliyyəti müddətində Azərbaycan-Aİ gündəliyinin irəlilədilməsi istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930