Avropa çempionatı: Azərbaycan basketbol millisinin ilkin mərhələ üçün oyun təqvimi açıqlanıb
Azərbaycan basketbol millisinin FIBA Avropa çempionatının (EuroBasket 2029) ilkin təsnifat mərhələsi üçün oyun təqvimi bəlli olub.
Basketbol Federasiyasından bildirilib ki, A qrupunda yer alan yığma ilk matçını noyabrın 27-də səfərdə Şimali Makedoniyaya qarşı keçirəcək.
Millimiz iyulun 5-də baş tutacaq sonuncu görüşündə isə evdə İrlandiyanı qəbul edəcək.
Azərbaycan yığmasının oyun təqvimi
27 noyabr
Şimali Makedoniya – Azərbaycan
30 noyabr
Azərbaycan – Lüksemburq
27 fevral
İrlandiya – Azərbaycan
2 mart
Azərbaycan – Şimali Makedoniya
2 iyul
Lüksemburq – Azərbaycan
5 iyul
Azərbaycan – İrlandiya
Xatırladaq ki, A qrupunda komandalar ev və səfər prinsipi ilə ümumilikdə 6 oyun keçirəcəklər. B və C qruplarında isə hər komanda 4 oyuna çıxacaq. Sonda hər qrupun qalibi növbəti mərhələyə birbaşa vəsiqə qazanacaq. Bundan əlavə, ikinci yerlərdən birini tutan ən yaxşı göstəriciyə malik komanda da mübarizəni davam etdirmək hüququ əldə edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: