azturkxeber.az
http://azturkxeber.az

Airbadminton üzrə Azərbaycan millisi dünya çempionatına vəsiqə qazanıb

09-09-2025

Azərbaycanın airbadminton üzrə milli komandası dünya çempionatına vəsiqə qazanıb.

Azərbaycan Badminton Federasiyasından verilən məlumata görə, buna səbəb yığmanın Bakıda keçirilən Avropa çempionatında ikinci yeri tutmasıdır.

Mundial dekabrın 11-14-də Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində təşkil olunacaq.

Dünya çempionatında Avropadan Azərbaycandan başqa, son çempion Almaniya və Bakıda keçirilən qitə çempionatının üçüncüsü olan Bolqarıstan təmsil olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930