azturkxeber.az
http://azturkxeber.az

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

02-09-2025

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi Sumqayıt Texnologiyalar Parkında “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması” mövzusunda praktiki təlim təşkil edib.

FHN-in mətbuat xidmətindən verilən məlumata görə, təlimə nazirliyin aidiyyəti yerli strukturlarının müvafiq qüvvələri və Sumqayıt Texnologiyalar Parkının əməkdaşları cəlb olunublar.

Təlimin keçirilməsində əsas məqsəd mümkün fövqəladə hallarla mübarizə, o cümlədən istehsalat sahələrində qəzalar zamanı xilasetmə işlərinin aparılması üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi, həmçinin müəssisə əməkdaşlarına fövqəladə hallar zamanı davranış qaydaları barədə müvafiq biliklərin verilməsi olub.

Təlim zamanı şərti qəza baş vermiş istehsalat sahəsində köməksiz vəziyyətdə qalmış “zərərçəkmişlər” xüsusi vasitələrlə xilas edilib, onlara “ilkin yardım göstərilib”, həmçinin baş vermiş “yanğın qısa müddətdə söndürülüb”.

Sonda təlimin nəticələrinin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930