azturkxeber.az
http://azturkxeber.az

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

14-03-2026

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Giltex” MMC-də “İstehsalat müəssisələrində baş vermiş fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması” mövzusunda təlim keçirib.

Təlimə Sumqayıt Regional Mərkəzi və “Giltex” MMC-nin əməkdaşları cəlb edilib.

Təlimin keçirilməsində əsas məqsəd mümkün fövqəladə hallarla mübarizə, o cümlədən istehsalat sahələrində qəzalar zamanı xilasetmə işlərinin aparılması üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi, həmçinin müəssisə əməkdaşlarına fövqəladə hallar zamanı davranış qaydaları barədə müvafiq biliklərin verilməsi olub.

Təlim zamanı şərti qəza baş vermiş istehsalat sahəsində köməksiz vəziyyətdə qalmış “zərərçəkmişlər” xüsusi vasitələrlə xilas edilib, onlara “ilkin yardım göstərilib”.

Sonda təlimin nəticələrinin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2026    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031