azturkxeber.az
http://azturkxeber.az

Payızlıq və yazlıq dənli və dənli-paxlalı bitki sahələrinin 98,4 faizi biçilərək məhsulu yığılıb

14-08-2025

Payızlıq və yazlıq dənli və dənli-paxlalı bitki sahələrinin 98,4 faizi biçilərək məhsulu yığılıb

Dənli və dənli-paxlalı bitkilərin kütləvi biçini başa çatmaq üzrədir. 2025-ci il avqust ayının 12-nə olan operativ məlumata əsasən, payızlıq və yazlıq dənli və dənli-paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 939,1 min hektar sahənin 924,4 min hektarı və yaxud 98,4 faizi biçilərək məhsulu yığılıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, sahələrdən 2971,8 min ton məhsul toplanıb, məhsuldarlıq 32,1 sentnerə bərabər olub. Məhsulun 1582,8 min tonunu və yaxud 53,3 faizini buğda, 1349,9 min tonunu (45,4 faizini) arpa, 39,1 min tonunu (1,3 faizini) isə digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil edib.

Respublikanın 26 rayonunda dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatıb. 30 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90 faizindən çoxu biçilib, digərlərində isə biçinin aparılması səviyyəsi 90 faizdən aşağı olub.

Ən yüksək məhsuldarlıq Hacıqabul (1 hektardan 51,4 sentner), Ağcabədi (müvafiq olaraq 44,4), Sabirabad (43,6), Samux (43,1), Salyan (42,3), Bərdə (42,2), Ağdam (41,8), Tovuz (40,9), Saatlı (40,2), Tərtər (39,7) və İmişli (39,5) rayonlarında olub.

Dənli və dənli-paxlalı (qarğıdalısız) bitkiçilik məhsullarının digər rayonlara nisbətən daha çox istehsalı Cəlilabad (229,8 min ton), Şəki (173,2 min ton), Ağcabədi (154,3 min ton), Füzuli (138,9 min ton), Kürdəmir (121,5 min ton), Hacıqabul (107,5 min ton), Biləsuvar (98,0 min ton) və İsmayıllı (95,7 min ton) rayonlarında müşahidə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031