azturkxeber.az
http://azturkxeber.az

İnsan təxəyyülünün gözlənilməz məhdudiyyəti aşkarlanıb – ARAŞDIRMA

14-08-2025

İnsan təxəyyülünün gözlənilməz məhdudiyyəti aşkarlanıb – ARAŞDIRMA

Harvard Universitetindən Tomer Ullman və komandası müəyyənləşdirib ki, insanlar gözlə görünməyən bir hərəkətli topun trayektoriyasını asanlıqla təsəvvür edə bilirlər. Lakin iki topu eyni anda izləməkdə çətinlik çəkirlər.

Araşdırma barədə “Nature Communications” jurnalında məlumat dərc olunub.

Məlumata görə, iştirakçılara əvvəlcə bir, sonra isə fərqli formalarda hərəkət edən iki top göstərilib. Toplar yoxa çıxdıqdan sonra iştirakçılar onların yerini müəyyənləşdirməli olublar. Bu zaman bir topun izlənilməsi uğurlu alınıb, amma iki top izlənərkən dəqiqlik xeyli azalıb.

Alimlər bunun səbəbini beynin obyektləri paralel deyil, ardıcıl şəkildə izləməsi ilə izah ediblər.

Tomer Ullman bildirib ki, bu araşdırma təxəyyülün sərhədlərinin müəyyənləşdirilməsində yeni imkanlar açır və gələcəkdə bu sahədə daha çox tədqiqatın aparılması planlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2025    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031