azturkxeber.az
http://azturkxeber.az

Davud Rüstəmov: “Kiber Yay Məktəbi”nin iştirakçıkarı təlimlərdə Azərbaycanı hədəf alan kibertəhdid aktorlarının hücum vektorları ilə tanış olacaqlar

22-07-2025

Davud Rüstəmov: “Kiber Yay Məktəbi”nin iştirakçıkarı təlimlərdə Azərbaycanı hədəf alan kibertəhdid aktorlarının hücum vektorları ilə tanış olacaqlar

“Bu gün sayca dördüncü dəfədir ki, “Kiber Yay Məktəbi”nə toplaşırıq. Hər il həm iştirakçı, həm bizim ekosistemə töhfə verən Azərbaycanın yerli şirkətlərinin sayında artan dinamika, həm də AKTA-nın miqyası nə qədər böyütməsi ilə qürur duymamaq olmur. Mən ilk öncə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasına (AKTA) belə bir möhtəşəm tədbiri keçirdiyinə, təlimlərdə məhz kibertəhlükəsizliyin bütün alt sahələrini əhatə etməsinə görə təşəkkür edirəm. Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzi olaraq biz AKTA-ya təhdidlərin ən son formaları və metodlarına uyğun təlimlərin keçirilməsində, belə təlimlərə əməkdaşlarımızın cəlb olunmasında öz töhfəmizi verəcəyik”.

Bunu DTX Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi, general-mayor Davud Rüstəmov “Kiber Yay Məktəbi 2025”in rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

“Burada 2021-ci ilin “Kiber Yay Məktəbi”nin məzunlarını gördüm. Onlar artıq Azərbaycanın qüruru sayılırlar. Həmin məzunlar dünyanın reytinqli universitetlərində Azərbaycanı təmsil edirlər. İnanıram ki, builki “Kiber Yay Düşərgəsi”ndə iştirakçılar yeni mövzularla, kibertəhdidlərin yeni formaları ilə, kibertəhdid aktorlarının istifadə etdikləri hücum vektorları və Azərbaycanı hədəf alan təhdid aktorlarının nə etdikləri ilə tanış olacaqlar. Yay məktəbinin iştirakçılarına kibermüdafiəyə hazır olmaq üçün kifayət qədər hazırlıq mövzuları veriləcək. Sizə böyük ümidlərin olduğunu bildirmək istəyirəm. Siz çox yaxın gələcəkdə Azərbaycanın kibermüdafiəsinin təmin olunmasında böyük qüvvəyə çevriləcəksiniz. Hər birinizə uğurlar diləyir, biliklər, təcrübə, qazanmaq naminə yorulmadan, həvəslə çalışmağı arzulayıram”, - deyə D.Rüstəmov diqqətə çatdırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031