azturkxeber.az
http://azturkxeber.az

Qadın voleybolçular arasında Yüksək Liqada növbəti oyunlar keçirilib.

04-03-2025

 

Qadın voleybolçular arasında Yüksək Liqada növbəti oyunlar keçirilib.

Bu gün GİN-nin Voleybol Mərkəzində XIV turun iki qarşılaşması baş tutub. İlk olaraq meydana “Abşeron” və “AZERRAIL” komandaları çıxıblar. Oyunun qalibi 5 setdə müəyyən olunub.  “Abşeron” 3:2 hesabı ilə rəqibini məğlub edib.
Turun son qarşılaşması isə “Milli Aviasiya Akademiyası” və “Murov Az Terminal”  klubları arasında olub. Bu qarşılaşmada isə “Milli Aviasiya Akademiyası” 3:0 hesabı ilə qalib gəlib. 
Qeyd edək ki, XIV turun ilk qarşılaşması martın 1-də  “Gəncə” və UNEC komandaları arasında olmuşdur. Bu oyunda “Gəncə” rəqibini 3:0 hesabı ilə məğlub etmişdir. 
Oyunların nəticələri
Yüksək Liqa 
XIV tur
4 mart
“Abşeron” - “AZERRAIL” 3:2 (22:25, 25:22, 25:14, 12:25, 15:12)
“Milli Aviasiya Akademiyası” - “Murov Az Terminal” 3:0 (25:19, 25:21, 25:18)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31