azturkxeber.az
http://azturkxeber.az

Çimərlik voleybolu üzrə ölkə çempionatında yarımfinal və bürünc medal oyunları keçirilib

24-07-2025

Bu gün çimərlik voleybolu üzrə ölkə çempionatında yarımfinal və bürünc medal qarşılaşmaları baş tutub. Bakı Su İdmanı Sarayında təşkil olunan yarışda ilk olaraq həm qadınlar, həm də kişilər arasında yarımfinal oyunları oynanılıb və finala yüksələn komandalar müəyyənləşib.

Qadınların yarışında “AZERRAIL-1” komandası “Milli Aviasiya Akademiyası-1” üzərində 2:1 hesabı ilə qələbə qazanaraq finala vəsiqə əldə edib. Digər finalçı isə “AZERRAIL-2” və “Milli-2” komandaları arasında keçirilən qarşılaşmada müəyyənləşib. Görüşdən 2:0 hesablı qələbə ilə ayrılan “AZERRAIL-2” adını finala yazdırıb.

Kişilərin mübarizəsində yarımfinalın ilk qarşılaşması “Xilasedici-2” və “Murov Az Terminal-4” komandaları arasında olub. Görüş 2:0 hesabı ilə “Xilasedici-2”nin xeyrinə başa çatıb. Digər finalçının adına “AZERRAIL-1” və “AZERRAIL-2” komandaları arasında keçirilən oyunda aydınlıq gəlib. Bu görüşdə 2:0 hesablı qələbə qazanan “AZERRAIL-1” finala yüksəlib.

Bununla da bürünc medal uğrunda qarşılaşmalarda qadınlar arasında “Milli Aviasiya Akademiyası-1” – “Milli-2”, kişilər arasında isə “Murov Az Terminal-4” – “AZERRAIL-2” komandaları qarşılaşıb. Qadınlar arasında “Milli Aviasiya Akademiyası-1”, kişilər arasında isə “AZERRAIL-2” komandaları qələbə qazanıblar və ölkə çempionatının bürünc medallarına sahib çıxıblar.

Qeyd edək ki, çempionatın final oyunları və mükafatlandırma mərasimi iyulun 25-də baş tutacaq. Finalda qalib gələn qadın və kişi komandaları klublararası Avropa çempionatında iştirak hüququ qazanacaqlar.

Azərbaycan çempionatı

24 iyul

Oyunların nəticələri

Yarımfinal (qadınlar)

“AZERRAIL-1” - “Milli Aviasiya Akademiyası-1” 2:1 (17:21, 21:13, 15:05)

“AZERRAIL-2” - “Milli-2” 2:0 (21:12, 21:11)

Bürünc medal

“Milli Aviasiya Akademiyası-1” - “Milli-2” 2;0 (21:15, 21:10)

Yarımfinal (kişilər)

“AZERRAIL-1” - “AZERRAIL-2” 2:0 (21:06, 21:11)

“Xilasedici-2” - “Murov Az Terminal-4” 2:0 (21:17, 21:09)

Bürünc medal

“AZERRAIL-2” - “Murov Az Terminal-4” 2:1 (21:12, 15:21, 15:07)

25 iyul

Final (qadınlar)

17:00. “AZERRAIL-2” - “AZERRAIL-1”

Final (kişilər)

19:00. “AZERRAIL-1” - “Xilasedici-2”

Oyunlardan sonra mükafatlandırma mərasimi keçiriləcək.

Ünvan: Bakı Su İdmanı Sarayı






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031