azturkxeber.az
http://azturkxeber.az

Çimərlik voleybolu üzrə ölkə çempionatı başa çatıb

26-07-2025

Bakı Su İdmanı Sarayında birinciliyin final qarşılaşmaları keçirilib. Həm qadınlar, həm də kişilərin yarışında “AZERRAIL-1” komandaları çempionluq uğrunda mübarizədən qalib ayrılıblar.

Qadınların finalında “AZERRAIL-1” və “AZERRAIL-2”, kişilərin həlledici görüşündə isə “AZERRAIL-1” və “Xilasedici-2” komandaları üz-üzə gəlib. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunların nəticəsinə əsasən, həm qadınlar, həm də kişilər arasında “AZERRAIL-1” komandaları qızıl medal qazanıblar.

Oyunlardan sonra mükafatlandırma və bağlanış mərasimi keçirilib. Qalib və mükafatçılara diplomlar, medallar və Azərbaycan Voleybol Federasiyasının tərəfdaşı olan VMF saat fabriki tərəfindən hədiyyələr təqdim olunub.

Mükafatları AVF-nin prezidenti Şahin Bağırov, baş katib Faiq Orucov, İdarə Heyətinin üzvü Elqar Bağırov, Əməkdar idman ustası, Avropa çempionatının mükafatçısı Aliyə Paşayeva və VMF saat fabrikinin direktoru Orxan Məmmədov təqdim ediblər.

Qalib komandalar eyni zamanda Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təşkil edilən klublararası Avropa çempionatında iştirak hüququ əldə ediblər. Xatırladaq ki, ötən mövsüm bu yarışda ölkəmizi təmsil edən “AZERRAIL”in qadın və kişi komandaları çempion olub.

İyulun 21-də start götürən yarış Avropa Voleybol Konfederasiyasının reqlamentinə uyğun olaraq keçirilib. Reqlamentə əsasən, hər klub çempionata ən azı iki komanda ilə və 18 yaşdan yuxarı idmançılarla qatılıb. İki dəfə məğlub olan komanda çempionatda mübarizəni dayandırıb.

25 iyul

Final (qadınlar)

“AZERRAIL-2” (Vera Klimoviç / İlhamə Əzimova) - “AZERRAIL-1” (Larisa Smeltsova / Çinarə Quliyeva) 1:2 (18:21, 22:20, 10:15)

Final (kişilər)

“AZERRAIL-1” (Konstantin Semenov / Heydər Məmmədli) - “Xilasedici-2” (Andrey Melnikov / Həsən Hüseyn Mermer / Asif Əliyev) 2:0 (21:17, 21:16)

Qadınlar arasında mükafatçılar:

• 🥇 Qızıl medal – “AZERRAIL-1” (Larisa Smeltsova / Çinarə Quliyeva)

• 🥈 Gümüş medal – “AZERRAIL-2” (Vera Klimoviç / İlhamə Əzimova)

• 🥉 Bürünc medal – “Milli Aviasiya Akademiyası-1” (Nəzrin Kərimli / Amina Ramazanova)

Kişilər arasında mükafatçılar:

• 🥇 Qızıl medal – “AZERRAIL-1” (Konstantin Semenov / Heydər Məmmədli)

• 🥈 Gümüş medal – “Xilasedici-2” (Andrey Melnikov / Həsən Hüseyn Mermer / Asif Əliyev)

• 🥉 Bürünc medal – “AZERRAIL-2” (İbrahim Məmmədov / Muhammad Aslanlı)

Çempionatda iştirak edən komandalar:

Qadınlar:

• “AZERRAIL-1”, “AZERRAIL-2”, “AZERRAIL-3”

• “Xarı Bülbül-1”, “Xarı Bülbül-2”

• “Gəncə-1”, “Gəncə-2”

• “Milli Aviasiya Akademiyası-1”, “Milli Aviasiya Akademiyası-2”

• “MİLLİ-1”, “MİLLİ-2”, “MİLLİ-3”

Kişilər:

• “AZERRAIL-1”, “AZERRAIL-2”, “AZERRAIL-3”

• “Murov Az Terminal-1”, “Murov Az Terminal-2”, “Murov Az Terminal-3”, “Murov Az Terminal-4”

• “Xarı Bülbül-1”, “Xarı Bülbül-2”

• “Xilasedici-1”, “Xilasedici-2”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031