azturkxeber.az
http://azturkxeber.az

Çimərlik voleybolu üzrə ölkə çempionatına yekun vurulub, qaliblər mükafarlandırılıb

26-07-2025

Çimərlik voleybolu üzrə Azərbaycan çempionatı başa çatıb.

Bakı Su İdmanı Sarayında birinciliyin final qarşılaşmaları keçirilib. Həm qadınlar, həm də kişilərin yarışında “Azərreyl-1” komandaları çempionluq uğrunda mübarizədən qalib ayrılıblar.

Qadınların finalında “Azərreyl-1” və “Azərreyl-2”, kişilərin həlledici görüşündə isə “Azərreyl-1” və “Xilasedici-2” komandaları üz-üzə gəlib. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunların nəticəsinə əsasən, həm qadınlar, həm də kişilər arasında “Azərreyl-1” komandaları qızıl medal qazanıblar.

Oyunlardan sonra mükafatlandırma və bağlanış mərasimi keçirilib. Qalib və mükafatçılara diplomlar, medallar və hədiyyələr təqdim olunub.

Mükafatları Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, baş katib Faiq Orucov, İdarə Heyətinin üzvü Elqar Bağırov, Əməkdar idman ustası, Avropa çempionatının mükafatçısı Aliyə Paşayeva və təqdim ediblər.

Qalib komandalar eyni zamanda Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təşkil edilən klublararası Avropa çempionatında iştirak hüququ əldə edib. Xatırladaq ki, ötən mövsüm bu yarışda ölkəmizi təmsil edən “Azərreyl”in qadın və kişi komandaları çempion olub.

İyulun 21-də start götürən yarış Avropa Voleybol Konfederasiyasının reqlamentinə uyğun olaraq keçirilib. Reqlamentə əsasən, hər klub çempionata ən azı iki komanda ilə və 18 yaşdan yuxarı idmançılarla qatılıb. İki dəfə məğlub olan komanda çempionatda mübarizəni dayandırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031