Görmə zəifliyinin müalicəsində istifadə edilən süni kök hüceyrələr uğurlu nəticələr verib.
azturkxeber.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, Yaponiya və İngiltərədən olan alimlər görmə pozuntusunun müalicəsində istifadə etdikləri süni kök hüceyrələrin uğurlu nəticələr verdiyini bildiriblər.
İngiltərədəki Kardiff Universiteti, Yaponiyadakı iPS Hüceyrə Tədqiqat və Tətbiq Mərkəzi (CiRA) və Osaka Universitetindən olan alimlər, ağır dərəcədə görmə pozuntusu olan 4 nəfərin buynuz qişasına “induksiya olunmuş pluripotent kök hüceyrələr” (iPS) köçürüb. Tədqiqatçılar, süni şəkildə hazırlanmış bu kök hüceyrələrin köçürüldüyü, ağır dərəcədə görmə pozuntusu olan 3 xəstənin görmə qabiliyyətində 1 ildən çox bir müddətdə əhəmiyyətli irəliləyişlər müşahidə olunduğunu bildiriblər. Sonuncu xəstənin də görmə qabiliyyətində yaxşılaşmalar müşahidə olunsa da, bunun uzun sürmədiyini qeyd ediblər.
Tədqiqatçılar xəstələrin indiyədək hər hansı bir əks təsirlə qarşılaşmadığını və müalicə üsulunun təsirlərinin daha yaxşı müşahidə edilə bilməsi üçün daha çox köçürməyə ehtiyac olduğunu diqqətə çatdırıblar.
ABŞ mərkəzli Mayo Klinik xəstəxanasının internet saytında verilən məlumatlara görə, iPS-lər, normal bir hüceyrədəki genləri dəyişdirərək embrion kök hüceyrə əldə edilməsinə imkan yaradır. 3-5 günlük embrionlardan əldə edilən embrion kök hüceyrələri bədəndəki istənilən hüceyrə növünə çevrilə bilir və buna görə də bədəndəki xəstə toxuma və orqanları bərpa edə bilir. İnduksiya olunmuş pluripotent kök hüceyrələr (iPS) ilk dəfə Yaponiyanın Kyoto Universitetindən Şinya Yamanaka tərəfindən hazırlanmışdı. Yamanaka bu kəşfi ilə 2012-ci ildə Nobel Tibb Mükafatına layiq görülmüşdü. İPS-lərlə ilk klinik sınaqlar Yaponiyanın Riken İnstitutu tərəfindən 2014-cü ildə həyata keçirilmişdi. Sınaqlarda süni şəkildə yaradılmış kök hüceyrələrlə hazırlanmış sağlam göz retina toxuması bir xəstəyə köçürülmüşdü. iPS-lər, həmçinin Parkinson və ürək xəstəliklərinin müalicəsində, ilik köçürmə və onurğa sütununun bərpasında da istifadə edilmişdi.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
İnsan ömrünün uzadılması: Yeni müalicə metodları və sosial iqtisadi təsirlər - ARAŞDIRMA
Alimlər qan damarlarının formalaşmasında yeni mexanizmləri aşkar ediblər - TƏDQİQAT