COP29 çərçivəsində dünyanın nüfuzlu elmi mərkəzlərindən biri olan Beynəlxalq Elmi Şura və Almaniyanın Karlsruhe Texnologiya İnstitutunun birgə təşkilatçılığı ilə “İqlim elmi: 2024-cü il üçün əsas nəticələr” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
azturkxeber.az xəbər verir ki, tədbirdə Beynəlxalq Elmi Şuranın (ISC) baş icraçı direktoru professor Salvatore Ariko və Almaniyanın Karlsruhe Texnologiya İnstitutunun professoru Alik İsmayılzadə çıxış edərək konfransın əsas məqsəd və vəzifələrini diqqətə çatdırıb, müzakirələrdən sonra gözlənilən nəticələr barədə ətraflı söhbət açıblar.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tədbirdə çıxış edərək COP29-un elmi əhəmiyyətindən, əsas gözləntilərdən biri kimi müasir reallıqları özündə əks etdirəcək yeni çağırışların meydana çıxacağına əminliyini ifadə edərək bu beynəlxalq tədbirin ölkəmizdə keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. AMEA rəhbəri bildirib ki, “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 cəmiyyətin bütün sahələrində, o cümlədən elmdə yeni təfəkkür və yeni sivilizasiya yaradır. Azərbaycanda keçirilən COP29 yeni sənaye inqilabının anonsu təsirini bağışlayır.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib
Akademik İsa Həbibbəyli Beynəlxalq Elmi Şuranın baş icraçı direktoru ilə görüşüb
Akademik İsa Həbibbəylinin “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində elmin inkişafı ilə əlaqədar çağırışları və Milli Elmlər Akademiyasının vəzifələri” haqqında məruzəsi dinlənilib
AMEA-da Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş konfrans keçirilib
“Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar”