azturkxeber.az
http://azturkxeber.az

Tramp: ABŞ Ukraynaya yardım üçün əvvəllər xərclədiyi vəsaiti geri qaytara biləcək

23-02-2025

Tramp: ABŞ Ukraynaya yardım üçün əvvəllər xərclədiyi vəsaiti geri qaytara biləcək


Vaşinqton administrasiyası əvvəllər Ukraynaya yardım üçün xərclənən vəsaiti geri qaytarmağa çalışır və buna nail olacaq.

Bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

“Mən pulumuzu geri almağa və ya onun təhlükəsiz olduğuna əmin olmağa çalışıram. İstəyirəm ki, Ukrayna bizim verdiyimiz bütün pulların müqabilində bizə bir şey versin. Biz pulumuzu geri alacağıq, çünki bu, ədalətli deyil”, - deyə Amerika lideri Mühafizəkar Siyasi Fəaliyyət Konfransında çıxış edərkən bəyan edib.

“Wall Street Journal” qəzeti daha əvvəl mənbələrə istinadla xəbər vermişdi ki, Vaşinqton və Kiyev fevralın 22-də Ukraynanın nadir torpaq minerallarından istifadəyə dair saziş imzalaya bilər. Nəşrin yazdığına görə, tərəflər Amerikanın hərbi yardımına görə kompensasiya kimi qiymətli minerallara olan hüquqların ABŞ-a verilməsi ilə bağlı razılığa yaxınlaşırlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728