DİN: Yollarda təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir
Yollarda təhlükəsizliyinin təmin edilməsi istiqamətində Baş DYP İdarəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əlverişsiz hava şəraitində yollarda hərəkət edən nəqliyyat vasitələrinin qış şəraitinə uyğunluğu Baş DYP İdarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq yoxlanılır.
Bu yoxlamalar, avtomobillərin qış şəraitində təhlükəsiz hərəkətini təmin etmək məqsədi daşıyır.
Texniki baxımdan təhlükəli hesab olunan avtomobillər hərəkətdən kənarlaşdırılır. Bu, yolda baş verə biləcək qəza risklərinin minimuma endirilməsinə xidmət edir.
Sürücülərdən xahiş edilir ki, avtomobillərinin qış tələblərinə uyğun hazırlandığına əmin olsunlar. Qış təkərlərinin, əyləc sisteminin, işıqlandırmanın və digər təhlükəsizlik avadanlıqlarının vəziyyətini mütəmadi olaraq nəzarətdə saxlasınlar.