Bakıdakı batut gimnastikası üzrə tamblinq üzrə Dünya Kubokuna yekun vurulur
Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokuna bu gün yekun vurulacaq.
Son yarış günündə kişilər və qadınlar arasında batut gimnastikası və tamblinq üzrə finallar təşkil olunacaq.
Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvlərindən qadın sinxron cütlüklərin çıxışında Şəfiqə Hümbətova və Selcan Mahsudova, qarışıq sinxron cütlüklərdə Əli Niftəliyev və S.Mahsudova, kişi sinxron cütlüklərdə isə Ə.Niftəliyev və Nicat Mirzəyev həlledici mərhələdə bacarıqlarını nümayiş etdirəcəklər.
Tamblinq üzrə isə Adil Hacızadə və Tofiq Əliyev finalda medal qazanmağa çalışacaqlar.
Qeyd edək ki, ötən gün start götürən Dünya Kubokunda 15 ölkədən idmançılar iştirak edirlər.