azturkxeber.az
http://azturkxeber.az

"Səbinə Əliyeva öz biliyi və zərifliyi ilə türk dünyamızda heyranlıq duyulan portretlərdən biridir"-İLBƏR ORTAYLI

23-02-2025

 

Beynəlxalq Osmanlı Tədqiqatları Komitəsinin İdarə Heyətinin üzvü, Türk dünyasının böyük alimi İlbər Ortaylı Bakı səfəri ilə bağlı yazıb.

"Mən bu həftə Bakıda səfərdə idim. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə xanım Əliyeva Azərbaycan Respublikasının Prezidenti yanında Dövət İdarəçilik Akademiyasında baş tutan konfransa dəvət etmişdi".

"Səbinə Əliyeva öz biliyi və zərifliyi ilə türk dünyamızda heyranlıq duyulan portretlərdən biridir. Gənc nəslin qürurlu üzvüdür. Bakının iqlimi sərtdir və küləklidir. Amma mənəvi hava ilə ürəyim açıldı", - o qeyd edib.

İlbər Ortaylı Bakı səfəri zamanı Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev və xalq yazıçısı Elçin Əfəndiyev ilə görüşdüyünü də vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728