azturkxeber.az
http://azturkxeber.az

General-mayor İsgəndər Allahverdiyev son mənzilə yola salınmışdır

18-09-2026

Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafında mühüm xidmətləri olmuş, “Azərbaycan Bayrağı” ordenli general-mayor İsgəndər İmanverdi oğlu Allahverdiyevin dəfn mərasimi keçirilmişdir.

Bu barədə Azturkxeber.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Hərbi Memorial Məzarlıqda keçirilən mərasimdə mərhumun ailə üzvləri və yaxınları, Dövlət Sərhəd Xidmətinin, Müdafiə Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbər heyəti, hərbi qulluqçular, veteran sərhədçilər, dövlət qurumlarının əməkdaşları, eləcə də ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Mərasim zamanı general-mayor İsgəndər Allahverdiyevin Azərbaycan dövlətçiliyinə, təhlükəsizlik və sərhəd mühafizəsi orqanlarında xidmətlərinə toxunulmuş, onun əziz xatirəsi ehtiramla yad edilmişdir.

Mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verilmişdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930