azturkxeber.az
http://azturkxeber.az

Şəhərətrafı qatarların reys sayı artırılır — 17 sentyabrdan 100 reys olacaq

16-09-2026

Sərnişin tələbatının qarşılanması məqsədilə şəhərətrafı qatar reyslərinin sayı növbəti dəfə artırılır.

Bu barədə Azturkxeber.az-a ADY- dən məlumat verilib.

Məlumata görə, yenilənmiş hərəkət cədvəlinə əsasən, 17 sentyabrdan həftəiçi gündəlik reyslərin sayı 96-dan 100-ə çatdırılacaq:

Sumqayıt–Pirşağı–Bakı xətti üzrə qrafikə saat 05:55 və 11:50-də yeni reyslər əlavə ediləcək;

Bakı–Pirşağı–Sumqayıt istiqamətində isə saat 06:46 və 10:45-də əlavə reyslər təşkil olunacaq.

Yenilənmiş hərəkət cədvəli ilə buradan tanış ola bilərsiniz: https://ticket.ady.az/az/yeni-hereket-cedveli






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930