Xırdalan–Bakı qatarlarında yeni hərəkət cədvəli tətbiq ediləcək

Daha çox reys, daha çox səfər imkanı!
Bu barədə Azturkxeber.az-a "Azərbaycan Dəmir Yolları"ndan (ADY) məlumat verilib
Bildirilib ki, sentyabrın 15-dən yeni hərəkət cədvəlinin tətbiqi ilə Xırdalan–Bakı istiqamətində səfər müddəti 45 dəqiqədən 35 dəqiqəyə azaldılacaq.
Xırdalan–Biləcəri sahəsində dəmiryol körpüsünün bərpası başa çatdıqdan sonra Xırdalan-Bakı istiqamətində səfər müddəti yenidən 26 dəqiqə olacaq. Eyni zamanda, Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa ediləcək.
Beləliklə, şəhərətrafı qatarların gündəlik reyslərinin ümumi sayı 90-dan 96-ya yüksəlib.
Yeni hərəkət cədvəlləri ilə buradan tanış ola bilərsiniz: https://ticket.ady.az/az/yeni-hereket-cedveli
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: