ADY 8 ayda 7,3 milyondan çox sərnişin daşıyıb

ADY bu ilin yanvar-avqust aylarında 7,3 milyondan çox sərnişin daşıyıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18% çoxdur.
QSC-dən Azturkxeber.az-a bildirilib ki, qeyd olunan dövr ərzində Abşeron dairəvi dəmir yolu ilə 6.9 milyon (17% artım), rayonlararası marşrutlarla 396 min (15% artım), beynəlxalq Bakı-Tbilisi-Bakı marşrutu ilə isə 53 min sərnişin səfər edib.
Bu ilin avqust ayında ümumi sərnişindaşımada (913 568) 24% artım qeydə alınıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: