Heydər Quliyev Sədərək rayonunda vətəndaşları qəbul edib

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini, İdarə Heyəti sədri vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Heydər Quliyev Sədərək rayonunda vətəndaşları qəbul edib.
Azturkxeber.az xəbər verir ki, qəbul zamanı sakinlərin işlə təmin olunma, özünüməşğulluq proqramından yararlanma, peşə hazırlığı kursları və qurumun fəaliyyətinə aid digər sahələrə dair məsələlərlə bağlı müraciətləri cavablandırılıb.
Müraciətlərin hər biri qeydiyyata alınıb, qanunamüvafiq həlli istiqamətində Agentliyin müvafiq struktur bölmələrinə tapşırıqlar verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: