Azərbaycanın 16 cüdoçusu Budapeştdəki “Böyük Dəbilqə” turnirində mübarizə aparacaq


Sentyabrın 11-13-də Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə “Böyük Dəbilqə” turniri keçiriləcək.
Cüdo Federasiyasından Azturkxeber.az-a bildirilib ki, Azərbaycan yarışda 11 çəki dərəcəsində 16 idmançı ilə təmsil olunacaq. Onlardan 12-si kişi, 4-ü qadın cüdoçudur.
Qadınlar arasında Könül Əliyeva (48 kiloqram), Aydan Vəliyeva (52 kiloqram), Südabə Ağayeva (70 kiloqram) və Madina Kaisionova (+78 kiloqram) çıxış edəcəklər.
Kişilərin mübarizəsində Murad Muradlı, Babarəhim Mirzəyev (hər ikisi 60 kiloqram), Rəşad Yelkiyev, Nizami İmranov (hər ikisi 66 kiloqram), Kamran Süleymanov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kiloqram), Hidayət Heydərov, Vüsal Qələndərzadə (hər ikisi 81 kiloqram), Vüqar Talıbov (90 kiloqram), Əjdər Bağırov (100 kiloqram), Camal Qamzatxanov və Kənan Nəsibov (hər ikisi +100 kiloqram) tatami üzərinə çıxacaqlar.
Azərbaycan millisinə kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov və Robert Kravçik, qadınlardan ibarət komandanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.
Yarışda Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin üzvü, “A” kateqoriyalı beynəlxalq hakim Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alacaq.
Qeyd edək ki, “Los-Anceles-2028” Yay Olimpiya Oyunlarına lisenziya xalları verən turnirdə 70 ölkədən 500-dən çox idmançı iştirak edəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: