azturkxeber.az
http://azturkxeber.az

Milli Məclisin sədri Sahibə Qafarova BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti ilə görüşüb

09-09-2026

Milli Məclisin sədri Sahibə Qafarova ABŞ-yə işgüzar səfəri çərçivəsində Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti Xəlilur Rəhmanla görüşüb.

Bu barədə Azturkxeber.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclisin sədri qarşı tərəfi bu vəzifədə fəaliyyətə başlaması münasibətilə təbrik edib, ona uğurlar arzulayıb.

Görüşdə Azərbaycan-BMT münasibətlərinə nəzər salınıb, Azərbaycanın BMT-nin işinə verdiyi töhfələr, gördüyü işlər barədə danışılıb, bu sahədə Azərbaycan parlamentinin və onun həyata keçirdiyi parlament diplomatiyasının çoxtərəfliliyin inkişafındakı rolu vurğulanıb. Spiker Sahibə Qafarova Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti barədə BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidentinə məlumat verib.

Söhbət zamanı tərəflər BMT-nin Parlamentlərarası İttifaqla (PAİ) əlaqələrinin inkişafı haqqında fikirlərini bölüşüblər.

Görüşdə digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930