azturkxeber.az
http://azturkxeber.az

“Mənim hüquqlarım” təşviqat avtobusu Qusarda

08-09-2026

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2-4 sentyabr 2026-cı il tarixlərində regionlarda yaşayan uşaqların asudə vaxtının səmərəli təşkili və onların maraqlarına toxunan mövzularda maarifləndirilməsi məqsədilə keçirilən “Mənim hüquqlarım” təşviqat avtobusu layihəsi çərçivəsində növbəti səfər Qusar rayonuna olub.

Azturkxeber.az xəbər verir ki, səfər çərçivəsində Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Urva, Piral, Yasab, Əniq və Yuxarı Ləgər kəndlərində 138 uşağın iştirakı ilə “İnternet təhlükəsizliyi”, “Uşaq hüquqları” və “Asudə vaxtın səmərəli təşkili” mövzularında təlimlər keçirilib. Təlimlərdə Dövlət Komitəsinin böyük məsləhətçisi Təranə Piriyeva, Milli Kibertəhlükəsizlik Agentliyinin mütəxəssisi Fatimə Həbibova, “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədri Misir Məmmədov və sədr müavini Nurəddin Əzizov, Uşaq Səfirlər Məclisinin üzvü Samirə Cəfərli mövzular üzrə iştirakçılara məlumat veriblər.

Təlimlərdə müxtəlif qrup işləri, interaktiv oyunlar təşkil olunub, müzakirələr aparılıb. Eləcə də Uşaq Səfirlər Məclisinin fəaliyyəti diqqətə çatdırılıb. Sonda uşaqlara müxtəlif bədii kitab və stikerlər hədiyyə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930