azturkxeber.az
http://azturkxeber.az

Kənd Təsərrüfatı Nazirliyində Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib

09-09-2026

Kənd Təsərrüfatı Nazirliyində insan resurslarının idarə edilməsində rəqəmsal transformasiyanın genişləndirilməsi istiqamətində növbəti mühüm layihə olan Mərkəzləşdirilmiş İşə Qəbul Portalı istifadəyə verilib.

Bu barədə Azturkxeber.az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, portal Nazirlik sistemində dövlət qulluğu üzrə vəzifələr istisna olmaqla, vakant vəzifələr üzrə işə qəbul prosesinin vahid platforma üzərindən həyata keçirilməsini təmin edəcək. Yeni sistemin tətbiqi ilə namizədlərin müraciət imkanlarının genişləndirilməsi, o cümlədən işə qəbul prosesinin daha şəffaf, operativ və səmərəli təşkilinə xidmət edilməsi hədəflənir.

Layihənin ilkin mərhələsində vətəndaşların işə qəbul üzrə müraciətlərinin elektron qaydada qəbul edilməsi təmin olunub. Portal vasitəsilə namizədlər şəxsi kabinet yaradır, fərdi məlumatlarını, tələb olunan sənədlərini real vaxt rejimində idarə edir. Eyni zamanda portal vətəndaşların işə qəbul ilə bağlı müraciətlərinin səmərəli idarəolunmasına, işə qəbulun bütün mərhələlərinin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsini təmin edir.

Növbəti mərhələdə portalın funksional imkanları daha da genişləndiriləcək. Belə ki, Nazirliyin tabeli qurumlarında vakansiyaların vahid platforma üzərindən idarə olunması, mərkəzləşdirilmiş imtahan və qiymətləndirmə mexanizmlərinin tətbiqi, eləcə də işə qəbul prosesinin bütün mərhələlərinin tam rəqəmsal idarə olunması, süni intellekt əsaslı həllərin tətbiqi ilə namizədlərin uyğunluğunun təhlili, analitik hesabatların hazırlanması həyata keçiriləcək.

Mərkəzləşdirilmiş İşə Qəbul Portalının tətbiqi ilə Nazirlik sistemində insan resurslarının idarə edilməsində vahid yanaşmanın formalaşdırılması, namizədlər üçün bərabər imkanların yaradılması və inzibati yükün azaldılması hədəflənir.

Kənd Təsərrüfatı Nazirliyi dövlət idarəçiliyində müasir rəqəmsal həllərin tətbiqini, insan resurslarının idarə olunmasında innovativ yanaşmaların genişləndirilməsini və vətəndaş məmnuniyyətinin artırılmasını prioritet istiqamətlərdən biri kimi bundan sonra da davam etdirəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930