azturkxeber.az
http://azturkxeber.az

Dövlət satınalmalarında iştirak edən təchizatçı şirkətlər üçün təlim keçirilib

09-09-2026

Maliyyə Nazirliyi dövlət satınalmaları sahəsində rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi və satınalma müqavilələrinin icrası prosesinin elektron mühitdə daha səmərəli təşkili istiqamətində tədbirləri davam etdirir.

Azturkxeber.az xəbər verir ki, bu çərçivədə sentyabrın 9-da dövlət satınalmalarında iştirak edən təchizatçı təşkilatların nümayəndələri üçün “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “e-müqavilə” altsistemində “Təhvil-təslim aktlarının yaradılması” funksiyası üzrə təlim keçirilib.

Təlimin əsas məqsədi təchizatçıların müqavilələrin icrası prosesində təhvil-təslim aktlarının elektron formada yaradılması, imzalanması və prosesin statusunun izlənilməsi barədə məlumatlandırılması və onların praktiki bacarıqlarının artırılmasıdır.

Təlim zamanı “e-müqavilə” altsistemində müvafiq əməliyyatların mərhələli şəkildə həyata keçirilməsi nümayiş etdirilib, iştirakçıların altsistemin funksional imkanları, sistemdən istifadə qaydaları barədə, eləcə də elektron müqavilələrlə iş zamanı yaranan sualları cavablandırılıb.

Qeyd edək ki, 1 sentyabr 2026-cı il tarixindən etibarən “e-müqavilə” altsistemində dövlət satınalmaları üzrə bağlanılmış müqavilələrin icrasını təsdiq edən “Təhvil-təslim aktlarının yaradılması” funksiyası istifadəyə verilib. Yeni funksionallıq satınalan və təchizatçı təşkilatlar arasında təhvil-təslim prosesinin rəqəmsal mühitdə həyata keçirilməsinə, sənəd dövriyyəsinin optimallaşdırılmasına və müqavilələrin icrasına dair məlumatların daha operativ şəkildə izlənilməsinə imkan yaradır.

Təlimlərin mərhələli şəkildə davam etdirilməsi və daha geniş təchizatçı auditoriyasının prosesə cəlb olunması nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930