azturkxeber.az
http://azturkxeber.az

NATO-nun DEEP proqramı çərçivəsində “Müəllimlərin təkmilləşdirilməsi treninqi”nin IV mərhələsi keçirilib

08-09-2026

Heydər Əliyev adına Hərbi İnstitutda NATO-nun “Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı” (Defence Education Enhancement Programme – DEEP) çərçivəsində Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinin professor-müəllim heyəti üçün “Müəllimlərin təkmilləşdirilməsi treninqi”nin IV mərhələsi keçirilib.

Azturkxeber.az xəbər verir ki, tədbir çərçivəsində iştirakçılara müasir təlim və tədris metodları, məşğələlərin səmərəli təşkili, təlim nəticələrinin qiymətləndirilməsi, təhsil proqramlarının hazırlanması və təkmilləşdirilməsi, qarşılıqlı effektiv müəllim–tələbə əlaqəsinin qurulması və digər aktual mövzular üzrə məlumatlar təqdim olunub.

Treninqin əsas məqsədi hərbi təhsil müəssisələrində çalışan professor-müəllim heyətinin pedaqoji və metodiki bacarıqlarının təkmilləşdirilməsi, müasir tədris metodlarının tətbiqinin genişləndirilməsi, təhsil prosesinin səmərəliliyinin artırılması, eləcə də hərbi təhsilin qabaqcıl beynəlxalq təcrübə və NATO standartları əsasında inkişaf etdirilməsidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930