azturkxeber.az
http://azturkxeber.az

“YAŞAT” Fondunun şəhid övladları üçün Çanaqqalada layihəsi yekunlaşıb

09-09-2026

“YAŞAT” Fondunun təşkilatçılığı, Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin dəvəti və Azərbaycan Hava Yollarının dəstəyi ilə Çanaqqala şəhərində şəhid övladları üçün “Bir dastan, bir nəsil” mövzusunda layihə başa çatıb.

Azturkxeber.az xəbər verir ki, əsas məqsəd psixoloji dayanıqlığın və şəxsi inkişafın dəstəklənməsi, asudə vaxtın səmərəli təşkili, həmçinin yeni dostluq və ünsiyyət imkanlarının yaradılmasıdır.

Layihə çərçivəsində iştirakçılar Türkiyənin tarixi və mədəni irsi ilə tanış olmaq məqsədilə müxtəlif məkanları ziyarət ediblər.

Proqrama uyğun olaraq iştirakçılar Çanaqqalada keçirilən “Kültür yolu” Festivalına qatılıb, “Tamamilə doluyuz” tamaşasını izləyiblər.

Növbəti günlərdə iştirakçılar Şəhidlər xiyabanlarını, tarixi məkanları ziyarət ediblər.

Proqram çərçivəsində idman və sosial fəaliyyətlərə də xüsusi yer ayrılıb, dostluq məqsədi ilə bocce turniri keçirilib.

Çanakkale Onsekiz Mart Universitesi (ÇOMÜ) ilə əməkdaşlıq çərçivəsində iştirakçılar üçün maarifləndirici, psixoloji mövzuda görüşlər də təşkil olunub.

Layihə çərçivəsində Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər nazirinin müavini ilə görüş keçirilib. Nazir müavini Adil Çalışkan gənclərlə görüşərək onlarla fikir mübadiləsi aparıb.

İştirakçılar İstanbul şəhərində də olublar. Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu Zamin Əliyev ilə görüşüblər. Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrım da görüşdə iştirak edib.

1–7 sentyabr tarixini əhatə edən layihədə 17–18 yaşlı 26 şəhid övladı iştirak edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930