ADY-nin “Kitab Dayanacağı” layihəsi genişlənir





Sərnişinlərin gözləmə və səfər vaxtını daha maraqlı və faydalı keçirməsinə imkan yaradan “Kitab Dayanacağı” layihəsi Bakı və Gəncədən sonra Sumqayıt Dəmiryol Vağzalında da istifadəyə verilib.
Bu barədə Azturkxeber.az-a ADY mətbuat xidmətindən məlumat verilib.
Artıq Sumqayıtdan yola düşən sərnişinləri səfər boyu kitabların rəngarəng dünyası müşayiət edəcək. Sərnişinlər “Kitab Dayanacağı”ndan istədikləri kitabı seçərək səfər zamanı mütaliə edə bilərlər.
ADY sərnişinləri Sumqayıt Dəmiryol Vağzalında yerləşən “Kitab Dayanacağı”na baş çəkməyə və səfərlərini mütaliə ilə daha maraqlı etməyə dəvət edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: