azturkxeber.az
http://azturkxeber.az

Bolqarıstan Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda səfərdə olub

07-09-2026

Azərbaycan və Bolqarıstan respublikalarının Müdafiə nazirlikləri arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, "Hərbi qulluqçuların mədəni və sosial məsələlərinin mübadiləsi, həmçinin tətil, məzuniyyət və istirahət müəssisələrinin qarşılıqlı və səmərəli istifadəsinə dair" işçi görüşü keçirilib.

Azturkxeber.az xəbər verir ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji Təminat İdarəsində keçirilən görüşdə Azərbaycan Ordusunda hərbi qulluqçuların asudə vaxtının səmərəli təşkil edilməsi sahəsində görülən işlər barədə məlumat verilib və bu istiqamətdə mövcud əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda hədiyyə mübadiləsi aparılıb və xatirə fotosu çəkdirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930