azturkxeber.az
http://azturkxeber.az

Patrik Makenti beynəlxalq turnirdə II olub

07-09-2026

Azərbaycanı atçılığın konkur növündə beynəlxalq arenada təmsil edən Patrik Makenti Belçikanın Lier şəhərində keçirilən turnirdə uğurlu nəticə göstərib.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) Azturkxeber.az-a bildirilib ki, idmançı 135 santimetr hündürlüyündə maneələrin dəf edilməsi üzrə yarışda 39 iştirakçı arasında 59,90 saniyə nəticə və 0 cərimə balı ilə ikinci yeri tutub.

Patrik Makenti 6-8 yaşlı atlar üçün 130 santimetr hündürlüyündə maneələrin dəf edilməsi yarışında da iştirak edib. 28 atlı arasında mübarizə aparan idmançı marşrutu 69,16 saniyəyə və cərimə balı toplamadan başa vuraraq beşinci olub.

Qeyd edək ki, Patrik Makenti sentyabrın 16-20-də Belçikanın Lanaken şəhərində keçiriləcək gənc atlar arasında konkur üzrə dünya çempionatında çıxış edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930