azturkxeber.az
http://azturkxeber.az

Üzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun "Bakı 2026" mərhələsinə biletlər satışda

07-09-2026

Üzgüçülük üzrə "İpək Yolu" (The Silk Road Tour) Dünya Kubokunun "Bakı 2026" mərhələsi üçün biletlər satışa çıxarılıb. Yarış 1-3 oktyabr tarixlərində Su İdmanı Sarayında keçiriləcək.

Azturkxeber.az xəbər verir ki, Dünya Kubokunun Bakı mərhələsində planetin ən güclü üzgüçüləri bir araya gələrək müxtəlif məsafələr üzrə mübarizə aparacaqlar. Azarkeşlər Kemeron Makevoy, Hayyan Sin və Şivon Hogi kimi dünyanın aparıcı üzgüçülərinin çıxışlarını canlı izləmək imkanı əldə edəcəklər.

Giriş biletləri həm QR formatında, həm də kağız versiyada təqdim olunur. Kağız biletləri şəhərdə fəaliyyət göstərən kassalardan əldə etmək mümkündür. QR formatında olan biletlər isə yarışların keçiriləcəyi gün aktivləşdiriləcək. QR biletlərdən istifadə etmək üçün iTicket.az mobil tətbiqində şəxsi hesaba daxil olmaq tələb olunur.

Üzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun "Bakı 2026" mərhələsində həyəcan dolu mübarizəni canlı izləmək üçün biletlərinizi indidən əldə edin!

LİNK https://shorturl.at/KjeFx






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930