azturkxeber.az
http://azturkxeber.az

Balakəndə külli miqdarda narkotik vasitə aşkarlanıb

08-09-2026

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Azturkxeber.az-a bildirilib ki, tədbirlərlə narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən 29 yaşlı Elmar Gəncəliyev saxlanılıb. Ondan rayon ərazisindəki qarğıdalı sahəsində əkdiyi 169 ədəd çətənə kolu və 21 kiloqramdan artıq narkotik vasitə aşkar edilib.

Faktla bağlı cinayət işi başlanılıb, E.Gəncəliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930