azturkxeber.az
http://azturkxeber.az

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlayır

09-09-2026

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır.

Azturkxeber.az xəbər verir ki, valideynlər övladlarını mygov platforması vasitəsilə 14 sentyabr saat 15:00-dan başlayaraq 25 sentyabr saat 15:00-dək qeydiyyatdan keçirə bilərlər.

Elektron qeydiyyat prosesinin valideynlər üçün daha aydın və əlçatan olması məqsədilə məlumatlandırıcı videoçarxı diqqətinizə çatdırırıq.

Qeyd edək ki, yeni maliyyələşmə modelinin əsas məqsədi 2026–2027-ci tədris ilində məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, valideynlər üçün əlavə seçim imkanlarının yaradılması, məktəbəqədər təhsil xidmətlərinə əlçatanlığın artırılması və dövlət-özəl əməkdaşlığının inkişaf etdirilməsidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930