Nəsimi rayonunda nəqliyyat vasitəsi qaçıran və oğurluq edən şəxslər saxlanılıblar

Nəsimi rayonu ərazisində evlərdən birinin qarşısından zərərçəkmiş şəxsə məxsus “AF 80” markalı motosiklet qaçırılıb.
Bu barədə Azturkxeber.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən M.Qədirov müəyyən olunaraq saxlanılıb. Nəqliyyat vasitəsi isə sahibinə təhvil verilib.
Həmçinin rayon ərazisində qeydə alınan növbəti hadisə ilə bağlı keçirilən tədbirlərlə avtomobildən qol saatı və mobil telefon oğurlamaqda şübhəli bilinən 28 yaşlı V.Vəlizadə də saxlanılıb.
Araşdırmalar davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: